İranda çirkli hava səbəbindən məktəblər bağlandı

iranda-cirkli-hava-sebebinden-mektebler-baglandi
Oxunma sayı: 1334

İranın qərbi İraqdan əsən güclü küləklərin gətirdiyi toz qatlarının yaratdığı hava çirkliliyi ilə mübarizə aparır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, havanın çirklənməsi səbəbindən İsfahan vilayətinin 16 şəhərində, həmçinin Xuzistan və Yəzd əyalətlərində dövlət müəssisələri və məktəblər bağlanıb.

Xuzistanın Əhvaz şəhərinin Sağlamlıq Elmləri Universitetinin açıqlamasına görə, havanın çirklənməsi nəticəsində yaranan tənəffüs çətinliyi ilə əlaqədar xəstəxanalara 500-dən çox adam müraciət edib, onlardan 62-si müalicə olunub.