İranda daha 2 nəfər koronavirusdan öldü

iranda-daha-2-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1721

İranda daha 13 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə ölkənin Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, Covid-19-a yoluxan 13 nəfərdən 7-si Qum, 4-ü Tehran və 2-si Gilan əyalətindədir. 

Cahanpur koronavirusa yoluxmaqda şübhəli bilinən daha iki nəfərin öldüyünü açıqlayıb. Bununla da ölümcül virusdan vəfat edənlərin sayı 4-ə çatıb.