İranda daha bir güclü zəlzələ oldu

iranda-daha-bir-guclu-zelzele-oldu
Oxunma sayı: 5186

İranda daha bir zəlzələ baş verib.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, yeraltı təkanlar bu dəfə Xoy şəhərində qeydə alınıb. Zəlzələnin gücü 5,9 bal olub. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Təbriz şəhərindən 163 kilometr qərbdə qeydə alınıb. 

Zəlzələ Türkiyənin Van şəhərində də hiss edilib.

Dağıntı və tələfat haqqında hələlik məlumat yoxdur.