İranda daha iki qadın öldürülüb - Fotolar

iranda-daha-iki-qadin-oldurulub
Oxunma sayı: 4402

İranda sentyabrın 16-dan etibarən davam edən etiraz aksiyaları səbəbindən daha iki qadının həlak olduğu məlum olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hər iki hadisə Mazandaran vilayətində baş verib.

Məlumata görə, qadınların biri 23 yaşlı Hananeh Kia adlı gənc qızdır. O, Novşəhr şəhərində həkimdən evə geri dönərkən yolda polis tərəfindən güllələnib. Yaxınlarının verdiyi məlumata görə, onun cəsədi artıq ailəsinə təhvil verilib.

Həmçinin oxuyun: В Иране в акции убита молодая девушка - Фото+Видео

Qətlə yetirilən digər qadın isə 33 yaşlı Qəzəli Çələvidir və onun Amol şəhərində alın nahiyəsindən güllələnərək qətlə yetirildiyi bildirilir.

Xatırladaq ki,  İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi İranda ictimai-siyasi vəziyyəti gərginləşdirib. Həmin gündən etibarən ölkənin bir çox şəhərində etiraz aksiyaları keçirilir. 20 yaşlı Hədis Nəcəfi adlı gənc qız Kərəc şəhərində keçirilən aksiya zamanı 6 güllə yarası alaraq dünyasını dəyişib.