İranda daşqınlar 17 nəfərin həyatına son qoydu - Yenilənib

iranda-dasqinlar-17-neferin-heyatina-son-qoydu
Oxunma sayı: 2071

İranın Fars əyalətində leysan yağışları nəticəsində baş verən daşqınlar zamanı 11 nəfər həlak olub.

“Qafqazinfo” “IRNA” agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən 13 nəfər itkin düşüb. 

Bununla yanaşı, daşqın zamanı 55 nəfər xəsarət alıb. Ölən və yaralıların sayının artacağı gözlənilir.

***

Daşqın nəticəsində həlak olanların sayı 17-yə çatıb.