İranda daşqınlar nəticəsində 10 nəfər həlak oldu

İranda daşqınlar nəticəsində 10 nəfər həlak oldu
Oxunma sayı: 893

İranda şiddətli yağışların meydana gətirdiyi daşqınlar nəticəsində 10 nəfər həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin xilasetmə xidmətinin rəhbəri Mehdi Vəlipur açıqlama verib.

“Əvvəlki iki gündə baş verən daşqınlar nəticəsində 11 nəfər itkin düşmüşdü, lakin onlardan 10 nəfərin cəsədi tapıldı”,- deyə Vəlipur vurğulayıb.

Qeyd edək ki, hazırda İranın Sistan və Bəluçistan əyalətləri, Kirman, Yəzd, Tehran və başqa şəhərlər də daxil olmaqla 47 yaşayış məntəqəsində və 6 bölgədə güclü daşqınların müşahidə olunduğu bildirilir.