İranda daşqınlarda ölənlərin sayı 44-ə çatdı

iranda-dasqinlarda-olenlerin-sayi-44-e-catdi
Oxunma sayı: 1172

İranda ötən həftə başlayan daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.

“Qafqazinfo” “Tasnim”ə istinadən xəbər verir ki, ötən gün 25 nəfərin öldüyü bildirilirdi.

21 nəfər Fars, 7 nəfər Gülüstan, 5 nəfər Mazandaran, 3 nəfər Şimali Xorasan, 2 nəfər Kohqilyue və Boyarəhmed, 1 nəfər Kirmanşah, 1 nəfər Huzistan, 2 nəfər Lorestan, 1 nəfər Həmədan və 1 nəfər Semnan əyalətlərində təbii fəlakət qurbanı olub.

Qeyd edək ki, daşqınlar martın 21-də başlayıb.