İranda etiraz aksiyası ölümlə nəticələndi - 14 yaralı

İranda etiraz aksiyası ölümlə nəticələndi
Oxunma sayı: 2480

İranın Xuzistan əyalətinin İze şəhərində içməli su çatışmazlığı ilə bağlı keçirilən aksiya ölümlə nəticələnib.

Bu barədə “Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, etiraz aksiyasının dağıdılması zamanı polisin açdığı atəş nəticəsində bir nəfər yaralanıb. O, xəstəxanada dünyasını dəyişib.

Bundan başqa, aksiya zamanı 14 polis əməkdaşının yaralandığı bildirilib.