İranda əxlaq polisi ləğv edildi?

İranda əxlaq polisi ləğv edildi?
Oxunma sayı: 8375

İranda əxlaq polisi ləğv edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

İranın Baş prokuroru Məhəmməd Cəfər Montazerinin sözlərinə görə, bu, İslam Respublikasının hüquq-mühafizə sistemi ilə heç bir əlaqəsi olmadığı üçün ləğv edilib.

Bununla belə, İranda dövlətə məxsus “al-Alam” telekanalı ölkədə əxlaq polisinin ləğv olunmasına dair xəbərləri təkzib edib. Kanalın məlumatına görə, İran İslam Respublikasında heç bir rəsmi şəxs bu barədə xəbərləri təsdiq etməyib. 

Qeyd edək ki, İranda əxlaq polisi tərəfindən Məhsa Aminin həbs edilməsi və qəfil ölümündən sonra etiraz dalğası başlamışdı.