İranda fövqəladə iclas keçirilir

iranda-fovqelade-iclas-kecirilir
Oxunma sayı: 5391

İranın Ali Milli Təhlükəsizlik Şurası HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı fövqəladə iclas keçirir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iclas ölkənin ali lideri Əli Xameneinin iqamətgahında baş tutur.

Toplantıda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksəkrütbəli zabitləri iştirak edir.

Qeyd edək ki, İ. Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. Gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.

HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib.