İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 2973

İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Xoy rayonunun Qotur məntəqəsində 5,7 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Zəlzələ yerli vaxtla saat 09:22 dəqiqədə 6 km dərinlikdə qeyd alınıb.

Dağıntı və tələfat haqda hələlik məlumat verilməyib.