İranda güclü zəlzələ - 1 ölü, 11 yaralı + Yenilənib + Video

iranda-guclu-zelzele
Oxunma sayı: 4557

İranda 5,1 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, zəlzələ Tehran və Mazandaran əyalətlərində baş verib.

Təkanların ocağı 7 kilometr dərinlikdə yerləşib. Dağıntı və tələfat olmadığı bildirilir.

**

Hadisə nəticəsində azı 1 nəfər həyatını itirib və 6 nəfər yaralanıb. “Qafqazinfo” bildirir ki, bu barədə “İRİB” teleradio kompaniyası xəbər verib.

Qeyd edilir ki, ölən şəxs Dəmavənd rayonunda başından yaralanan 60 yaşlı sakindir.

**

İranda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 11-ə yüksəlib. “Qafqazinfo” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın Təcili Yardım Təşkilatının başçısı Pirhüseyn Kulivand bildirib.

Onun sözlərinə görə, həmin şəxslər evlərindən qaçarkən xəsarət alıblar.