İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 2639

İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub. “Qafqazinfo” bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar saat 21:18 radələrində (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 216 kilometr cənubi-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.