İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 2079

İranda 5,5 maqnitudalı zəlzələ olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran Seysmoloji Mərkəzi bildirib.

Seysmoloqların məlumatına görə, yeraltı təkanlar cümə günü yerli vaxtla saat 21:31-də (Bakı vaxtı ilə şənbə günü saat 01:31-də - red.) qeydə alınıb. Zəlzələnin episentri Hörmüzqan əyalətində, ocağı isə 19 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.