İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 1693

İranın cənubunda 5,2 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 82 km şimal-qərbdə qeydə alınıb. Zəlzələnin hiposentri 10 km dərinlikdə yerləşib.

İtki və dağıntı barədə məlumat verilməyib.

Xatırladaq ki, mayın 17-si İranın Şimali Xorasan ostanının Sənxast şəhərində qeydə alınan 5,5 bal gücündə zəlzələ nəticəsində bir neçə nəfər yaralanmışdı.