İranda güclü zəlzələ - 34 yaralı + Yenilənib

iranda-guclu-zelzele
Oxunma sayı: 2422

İranın şimalında 5.1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, Tehran Universitetinin Geofizika İnstitutunun Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanlar bazar ertəsi yerli vaxtla 02:04-də Gülüstan vilayətində qeydə alınıb.

Zəlzələnin episentri Ramiyan bölgəsində, ocağı isə 9 km dərinlikdə yerləşib.

Yaşayış binalarının dağıldığı Elhadi və Quruçay kəndlərində axtarış-xilasetmə işləri davam edir.

***

Son məlumatlara görə, zəlzələ nəticəsində yaralananların sayı 34-ə çatıb. Onlardan 17-si xəstaxanaya yerləşdirilib, digər yaralılara isə hadisə yerində tibbi yardım göstərilib.