İranda güclü zəlzələ

iranda-guclu-zelzele
Oxunma sayı: 3160

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Bəndər-Abbas şəhərindən 166 kilometr cənub-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.