İranda güneyli fəal qadın saxlanılıb - Foto

iranda-guneyli-feal-qadin-saxlanilib
Oxunma sayı: 2218

İranın Zəncan vilayətində jurnalist və fəal Səfiyə Qarabaği hökumət qüvvələri tərəfindən saxlanılıb.

“Qafqazinfo” “Iran wire” portalına istinadən xəbər verir ki, güneyli fəal öz iş yerində olarkən saxlanılıb.

Məlumata görə, qadın hüquqları sahəsində fəal olan Səfiyə Qarabaği saxlanıldıqdan sonra naməlum istiqamətdə aparılıb.

Qeyd edək ki, “Azad İran” teleqram kanalı Səfiyə Qarabağinin Güney Azərbaycandan olması barədə məlumat yayıb.