Dekabrın 28-dən etibarən İranın bir çox şəhərlərində başlanan etiraz aksiyası zamanı bir nəfər avropalı saxlanılıb.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tasmin xəbər mərkəzinə danışan polis rəsmisi ölkənində qərbində yerləşən Burucerdi şəhərində hökümətə qarşı keçirilən etirazlarda Avropa vətəndaşının da olduğunu deyib.
Onun həbs olunduğu bildirilir, amma həmin şəxsin kimliyi barədə məlumat verilmir.
Qeyd edək ki aksiyalar zamanı ölüm sayı 29-a çatıb, 500-dən çox adam isə həbs olunub.
Son xəbərlər
Son Xəbərlər