İranda həbsxana ərazisində yanğın - Minalar partladı

iranda-hebsxana-erazisinde-yangin
Oxunma sayı: 1835

İranın Tehran şəhərinin şimalında yerləşən Evin həbsxanasının ətrafındakı çəmənlikdə havaların isti keçməsi səbəbindən yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qısa müddətdə böyüyən alov həbsxananın təhlükəsizlik zonasına yerləşdirilən çoxlu minanın partlamasına səbəb olub.

Bildirilib ki, yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarətə götürülüb, cəzaçəkmə müəssisəsinə ziyan dəyməyib, insan tələfatı olmayıb.

Qeyd edək ki, Evin həbsxanası ölkədə dissidentlərin saxlandığı ən təhlükəsiz həbsxana kimi tanınır. 2022-ci ilin oktyabrında həbsxanada baş verən yanğında ən azı 8 nəfər həlak olub.