İranda hərbi bazada atışma - 4 əsgər öldü

iranda-herbi-bazada-atisma
Oxunma sayı: 735

İran Hava Qüvvələrinə aid Kəhrizax hərbi bazasında atışma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, insident nəticəsində biri komandir olmaqla 4 hərbiçi ölüb, 8 hərbiçi isə yaralanıb.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib. 1 əsgərin gərgin psixoloji vəziyyətdə digər hərbiçilərə atəş açdığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.