İranda hökuməti tənqid edən aktrisaya iş verildi

iranda-hokumeti-tenqid-eden-aktrisaya-is-verildi
Oxunma sayı: 3275

İranın məşhur aktrisası Taraneh Alidoostiyə beş ay müddətinə həbs cəzası verilib. “Qafqazinfo” xəbər verir ki, kino ulduzu hökumət əleyhinə çıxışlar etməkdə ittiham olunur.

Sənətçinin vəkili Kaveh Rad tvitterdə yazıb ki, aktrisanın 2 illik həbsi istənilib, lakin mübarizə nəticəsində cəza 5 aya endirilib.

Qeyd edək ki, Taraneh “Biz vətəndaş deyilik, məhkumuq, milyonlarla məhkum”, - deyə status yazmış, tvitterdə örpək taxmayan qadını təhqir edən əxlaq polislərini tənqid etmişdi.