İranda idman kompleksində partlayış, ölənlər var

iranda-idman-kompleksinde-partlayis-olenler-var
Oxunma sayı: 1555

İranın paytaxtında “Enqelab” idman kompleksində partlayış olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə qazanxanada olan üç işçi ölüb. 

İnsident İranın Milli Olimpiya Akademiyasının binasına baş verib. Partlayış binaya ciddi zərər vurmayıb və yanğın qeydə alınmayıb.

Hadisənin səbəbləri araşdırılır.