İranda kimyəvi maddələr istehsal edən fabrikdə yanğın - Ölənlər var

iranda-kimyevi-maddeler-istehsal-eden-fabrikde-yangin
Oxunma sayı: 1070

İranın Qum əyalətinin Şikuhiyə şəhərində kimyəvi maddələr və həşərat dərmanları istehsal edən fabrikdə yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qum vilayətinin Böhranların İdarə Edilməsi üzrə baş meneceri Muhsin Uruci yanğınla bağlı açıqlama verib.

O, baş verən yanğında 4 nəfərin həyatını itirdiyini, 7 nəfərin yaralandığını bildirib.

Uruci yanğının səbəbinin ilk təsbitlərə görə qaz sızması olduğunu, araşdırmaların aparıldığını vurğulayıb.

İran rəsmisi əlavə edib ki, 3 il əvvəl eyni fabrikdə qəza olub və 3 nəfər həyatını itirib.

Qum Texnik və Təcili Əməliyyatlardan məsul Celil Güderzifer hadisə yerinə 7 təcili tibbi yardım maşını, bir avtobus təcili yardımı və 2 idarə və dəstək qrupunun göndərildiyini bildirib.