İranda kömür mədənində partlayış baş verib. Dağıntılar altında 80 nəfərin qaldığı ehtimal edilir.
“Qafqazinfo” İran KİV-nə istinadən xəbər verir ki, insident Gülüstan əyalətində, Azərşəhər şəhərinin yaxınlığında baş verib.
Onlarla yaralı yerli xəstəxanalara yerləşdirilib. Mədəndə qalan işçiləri qurtarmaq üçün axtarış-xilasetmə tədbirləri aparılır.
***
“Reuters” xəbər verir ki, İranın şimalında kömür mədənində baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olub, 69 nəfər xəsarət alıb.
Son xəbərlər
Son Xəbərlər