İranda koronavirus qurbanlarının sayı 14 mini ötdü

iranda-koronavirus-qurbanlarinin-sayi-14-mini-otdu
Oxunma sayı: 1443

İranda koronavirusdan ölənlərin sayı 14 mini ötüb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, son sutka ərzində 209 nəfər Covid-19-dan dünyasını dəyişib, 2182 nəfərdə isə virus aşkarlanıb.

Bununla da ölkədə koronavirus qurbanlarının sayı 14 188 nəfərə, yoluxanların sayı isə 237 652 nəfərə çatıb.