İranda koronavirusa yoluxanların sayı 100 mini ötdü

iranda-koronavirusa-yoluxanlarin-sayi-100-mini-otdu
Oxunma sayı: 1032

İranda son 24 saat ərzində daha 1680 koronavirusa yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin nümayəndəsi Kiyanuş Cahanpur məlumat verib. Yoluxanların ümumi sayı 101 650 nəfər təşkil edir.

Onun sözlərinə görə, sutka ərzində daha 78 xəstənin həyatını itirməsi ilə koronavirusdan ölənlərin sayı 6418-ə çatıb. Ümumilikdə 81 587 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.