İranda koronavirusa yoluxanların sayı 300 mini ötdü

iranda-koronavirusa-yoluxanlarin-sayi-300-mini-otdu
Oxunma sayı: 860

İranda bir gündə 2 621 nəfər koronavirusa yoluxub, 226 nəfər dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.  Bununla da ölkədə Covid-19-a yoluxanların sayı 301 min 530 nəfərə çatıb, 16 569 nəfər isə pandemiyanın qurbanı olub.

134 min 349 pasiyentin isə müalicə olunaraq sağaldığı bildirilib.

Epidemioloji vəziyyətin pisləşməsi ilə əlaqədar hökumət iyulun 5-dən etibarən ölkənin əlverişsiz ərazilərində, ictimai və qapalı yerlərdə qoruyucu maska taxmağı məcburi edib.