İranda koronavirusdan 1000-ə yaxın adam ölüb

iranda-koronavirusdan-1000-e-yaxin-adam-olub
Oxunma sayı: 2524

Son 24 saat ərzində İranda yeni tip koronavirusdan daha 135 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 988-ə çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur İran dövlət televiziyasına açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, yeni 1178 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 16,169 fakt təşkil edir.

Cahanpur 5,389 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxıldığını qeyd edib.