İranda koronavirusdan ölənlərin sayı 291-ə çatdı

iranda-koronavirusdan-olenlerin-sayi-291-e-catdi
Oxunma sayı: 1520

İranda yeni tip koronavirus (COVİD-19) səbəbiylə daha 54 nəfər öldükdən sonra həyatını itirənlərin sayı 291-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur açıqlama verib.

Ümumilikdə koronavirusa yoluxanların sayı isə 881 nəfər artaraq 8,042-ə çatıb. 2 min 731 nəfər isə müalicəsi başa çatdıqdan sonra xəstəxanadan evlərinə buraxılıb.

Qeyd edək ki, İran yoluxma və ölüm hallarının sayına görə koronavirusdan ən çox əziyyət çəkən ölkələr siyahısında 4-cü yerdədir.