İranda koronavirusdan daha 85 nəfər ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Bununla da ölkədə koronavirusdan ölənlərin sayı 514-ə çatıb.
Cahanpur xəstəliyə yoluxanların sayının 1289 nəfər artaraq 11 min 364 nəfərə çatdığını qeyd edib.
Onun sözlərinə görə, indiyə qədər 3529 nəfər sağalaraq evə buraxılıb.
Son xəbərlər
Son Xəbərlər