İranda koronavirusdan ölənlərin sayı 57 mini ötdü

iranda-koronavirusdan-olenlerin-sayi-57-mini-otdu
Oxunma sayı: 1646

İranda son sutka ərzində daha 6 182 nəfərdə koronavirus aşkarlanıb, 84 nəfər vəfat edib.

“Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 348 316-ya, virus qurbanlarının sayı isə 57 057-yə yüksəlib. İndiyədək 1 137 812 nəfər isə virusdan sağalıb.

Ölkədə 153 447 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4 214-nün vəziyyəti ağır qiymətləndirilir.