İranda koronavirusdan ölənlərin sayı 6-ya çatdı

iranda-koronavirusdan-olenlerin-sayi-6-ya-catdi
Oxunma sayı: 1705

İranda koronavirusa daha 10 nəfər yoluxub, onlardan biri dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bununla da sözügedən ölkədə “Covid-19”dan ölənlərin sayı 6 nəfərə çatıb.

İran dövlət televiziyası Tehranda 13-cü bölgənin bələdiyyə sərdi Murtaza Rəhmanzadənin koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildiyini və analiz nəticələrinin müsbət çıxdığına dair məlumat yayıb.

Bələdiyyənin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kiyanuş Cəfəri “Tasnim” agentliyinə açıqlamasında məlumatı təkzib edib: “Murtaza Rəhmanzadə ağıciyərində yaranmış problemə görə fevralın 11-də xəstəxanaya yerləşdirilib. Vəziyyəti hazırda yaxşıdır. Müalicədən sonra evə buraxılacaq”.