İranda koronavirusdan ölənlərin sayı 63 mini ötdü

iranda-koronavirusdan-olenlerin-sayi-63-mini-otdu
Oxunma sayı: 1137

İranda son sutka ərzində 11 680 nəfərdə koronavirus aşkarlanıb, 161 nəfər vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 1 932 074-ə, virus qurbanlarının sayı isə 63 160-a yüksəlib. İndiyədək 1 650 569 xəstə sağalıb.

Ölkədə 218 345 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4 057-nin vəziyyəti ağır qiymətləndirilir.