İranda koronavirusdan ölənlərin sayı 853-ə çatdı

iranda-koronavirusdan-olenlerin-sayi-853-e-catdi
Oxunma sayı: 1394

İranda yeni tip koronavirusdan daha 129 nəfər ölüb. Bununla da, epidemiyadan həyatını itirənlərin sayı 853-ə çatıb.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur İran dövlət televiziyasına açıqlamasında məlumat verib. 

Onun sözlərinə görə, yeni 1053 virusa yoluxma faktı aşkarlanıb ki, bu da ölkə üzrə 14 991 fakt təşkil edir.

Cahanpur 4996 nəfərin xəstəxanada müalicə nəticəsində sağalaraq evə buraxıldığını qeyd edib.