İranda koronavirusdan ölənlərin sayı artır

iranda-koronavirusdan-olenlerin-sayi-artir
Oxunma sayı: 1953

İranda son 24 saatda daha 115 nəfərin koronavirusdan ölməsi ilə ümumilikdə xəstəlik səbəbindən həyatını itirənlərin sayı 9065-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Səadət Lariyə açıqlama verib.

Onun sözlərinə görə, ötən gün ərzində daha 2 563 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bununla ölkə üzrə yoluxma hallarının ümumi sayı 192 min 439-a çatıb.

152 min 675 pasiyentin müalicə olunaraq sağaldığı, ümumilikdə 1 milyon 293 min 609 nəfərin isə koronavirus testindən keçdiyi açıqlanıb.

Xatırladaq ki, İranda karantin tədbirləri nəticəsində may ayında gündəlik yoluxma sayı 800-ün altında idi.