İranda koronavirusla bağlı son vəziyyət

iranda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 2360

İranda son sutka ərzində daha 2 011 nəfərdə koronavirus aşkarlanıb, 81 pasiyent vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə xəstələnənlərin sayı 177 938-ə, virus qurbanlarının sayı isə 8 506-ya yüksəlib.

Bundan əlavə, indiyədək 140 590 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.