İranda koronavirusla bağlı son vəziyyət

iranda-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 3172

İranda son sutka ərzində daha 2 368 nəfərdə koronavirus aşkarlanıb, 116 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 204 952-yə, virus qurbanlarının sayı isə 9 623-ə yüksəlib.

Bundan əlavə, indiyədək 163 591 nəfər sağalıb. Ölkədə 31,738 aktiv koronavirus xəstəsi var ki, onlardan da 2 887-si ağır vəziyyətdədir.