İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2763

İranda son sutka ərzində daha 2 472 nəfərdə koronavirus aşkarlanıb, 107 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 187 427-yə, virus qurbanlarının sayı isə 8 837-yə yüksəlib.

Bundan əlavə, indiyədək 148 674 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 29 916 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 781-nin vəziyyəti ağır qiymətləndirilir.