İranda son sutka ərzində daha 2 449 nəfərdə koronavirus aşkarlanıb, 113 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə xəstələnənlərin sayı 189 876-ya, virus qurbanlarının sayı isə 8 950-yə yüksəlib.
Bundan əlavə, indiyədək 150 590 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 30 336 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 765-nin vəziyyəti ağır qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər