İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2394

İranda son sutka ərzində daha 2 500 nəfərdə koronavirus aşkarlanıb, 198 pasiyent vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 267 061-ə, virus qurbanlarının sayı isə 13 608-ə yüksəlib.

Bundan əlavə, indiyədək 230 608 nəfər sağalıb. Ölkədə 22 845 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 471-nin vəziyyəti ağır qiymətləndirilir.