İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2357

İranda son sutka ərzində daha 2 333 nəfərdə koronavirus aşkarlanıb, 216 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 291 172-yə, virus qurbanlarının sayı isə 15 700-yəə yüksəlib.

Bundan əlavə, indiyədək 253 213 nəfər sağalıb. Ölkədə 22 259 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 695-nin vəziyyəti ağır qiymətləndirilir.