İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 2469

İranda son sutka ərzində daha 2 548 nəfərdə koronavirus aşkarlanıb, 216 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 306 752-yə, virus qurbanlarının sayı isə 16,982-yə yüksəlib.

Bundan əlavə, indiyədək 265 830 nəfər sağalıb. Ölkədə 23 940 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 4 011-nin vəziyyəti ağır qiymətləndirilir.