İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1269

İranda son sutka ərzində daha 2 697 nəfərdə koronavirus aşkarlanıb, 185 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 317 483-ə, virus qurbanlarının sayı isə 17 802-yə yüksəlib.

Bundan əlavə, indiyədək 274 932 nəfər sağalıb. Ölkədə 24 749 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 4 129-nun vəziyyəti ağır qiymətləndirilir.