İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1544

İranda son sutka ərzində daha 2 345 nəfərdə koronavirus aşkarlanıb, 184 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 331 189-a, virus qurbanlarının sayı isə 18 800-ə yüksəlib.

Bundan əlavə, indiyədək 288 620 nəfər sağalıb. Ölkədə 23 769 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 983-nün vəziyyəti ağır qiymətləndirilir.