İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1246

İranda son sutka ərzində daha 2 247 nəfərdə koronavirus aşkarlanıb, 165 nəfər vəfat edib. “Qafqazinfo” bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 345 450-yə, virus qurbanlarının sayı isə 19 804-ə yüksəlib.

Bundan əlavə, indiyədək 299 157 nəfər sağalıb. Ölkədə 26 489 aktiv koronavirus xəstəsi qalmaqdadır ki, onlardan da 3 773-nün vəziyyəti ağır qiymətləndirilir.