İranda koronavirusla bağlı son vəziyyət açıqlandı

iranda-koronavirusla-bagli-son-veziyyet-aciqlandi
Oxunma sayı: 1890

İranda son sutka ərzində 21 312 nəfərdə koronavirus aşkarlanıb, 319 nəfər vəfat edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.

Bununla da ölkədə xəstələnənlərin sayı 2 215 445-ə, virus qurbanlarının sayı isə 66 327-yə yüksəlib. İndiyədək 1 772 688 xəstə sağalıb.

Ölkədə 376 430 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4,694-nün vəziyyəti ağır qiymətləndirilir.