İranda Messinin oxşarı saxlanıldı

iranda-messinin-oxsari-saxlanildi
Oxunma sayı: 1422

İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin “əkiz”i Rza Parasteşi ictimai asayişi pozduğuna görə saxlayıb.

“Qafqazinfo”nun “The Telegraph” nəşrinə istinadən verdiyi məlumata görə, Həmədanda olan Rza Parasteşlə şəkil çəkdirmək istəyənlərin sayı o qədər çox olub ki, polis küçədə sakitliyi təmin etmək üçün məşhur futboçunun oxşarını saxlayaraq onu avtomobili ilə şöbəyə aparmalı olub. 

Qeyd edək ki, R. Parasteşin 25 yaşı var, tələbədir. O, bir neçə ay öncə idman saytlarından birinə “Barselona”nın tişörtündə olan şəklini göndərdikdən sonra “İranlı Messi” kimi şöhrət qazanıb. Bundan sonra dünya KİV-i ondan intervyular almağa başlayıb və modelliklə bağlı təkliflər gəlib.

29 yaşlı Messi 2003-cü ildən “Barselona”da oynayır.  O, ümumilikdə, 377 matçda oynayıb və 343 qol vurub.