“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Əmir Mənsur Aria kimi tanınan bu iş adamı rüşvət vermək, çirkli pulların yuyulmasında iştirak etmək, qeyri-qanuni milyardlarla tümən pul almaq, korrupsiya və sövdələşmə ilə ölkənin iqtisadiyyatına xələl vurmaqda günahlandırılıb.
Qərar İran Ali Məhkəməsində təsdiq olunduqdan sonra mayın 24-də səhər saatlarında Tehranın Evin həbsxanasında icra edilib.
Son xəbərlər
Son Xəbərlər