İranda miqrantlar qəzaya düşdü - 11 ölü, 49 yaralı

iranda-miqrantlar-qezaya-dusdu
Oxunma sayı: 890

İranın Sistan və Bəlucistan əyalətlərində ağır yol qəzaları baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, qəzalarda azı 11 nəfər ölüb, 49 nəfər yaralanıb. Qəza Xaş və Saravan qəsəbələri arasındakı magistralda baş verib. İranın mərkəzinə doğru hərəkət edən avtomobillər aşıb. Məlumata görə, avtomobillərdə olanlar qanunsuz miqrantlar olub.

Qəzaya düşənlərin vətəndaşlığı dəqiqləşdirilir.